Sərdar Ortaç ötən gecə Yeniköydəki evinin qarşısında qurulan film setinə üsyan edib.
Aydınlıq.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saat 05:00-da verdiyi konsertdən evə qayıdan məşhur müğənni evinin qarşısındakı səs-küydən narahat olduqdan sonra əsəbiləşib.
Çəkiliş qrupunu videoya çəkən məşhur müğənni onu sosial media hesabında paylaşaraq «Mental Production adlı film şirkəti gəlib. Evimin qabağında bufet açıb, film çəkirlər. Evə 5-də gəldim, cəmi 3 saat yatdım. Xəstə adama etdiklərinə baxın» deyə şərh yazıb.
Çəkiliş qrupuna və rəhbərliyinə də ağır sözlər deyən Ortaç qısa müddətdən sonra videonu silib.