Sərdar Ortaç od püskürdü: «Görün xəstə adama nə edirlər?»

Sərdar Ortaç od püskürdü: «Görün xəstə adama nə edirlər?»
Tarix : Oxunma : Yorum Yaz

Sərdar Ortaç ötən gecə Yeniköydəki evinin qarşısında qurulan film setinə üsyan edib.

Aydınlıq.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saat 05:00-da verdiyi konsertdən evə qayıdan məşhur müğənni evinin qarşısındakı səs-küydən narahat olduqdan sonra əsəbiləşib.

Çəkiliş qrupunu videoya çəkən məşhur müğənni onu sosial media hesabında paylaşaraq «Mental Production adlı film şirkəti gəlib. Evimin qabağında bufet açıb, film çəkirlər. Evə 5-də gəldim, cəmi 3 saat yatdım. Xəstə adama etdiklərinə baxın» deyə şərh yazıb.

Çəkiliş qrupuna və rəhbərliyinə də ağır sözlər deyən Ortaç qısa müddətdən sonra videonu silib.

İlk yorumu siz yazın