Qərbi Kaspi Universitetində Beynəlxalq Dağlar günü münasibətilə tədbir keçiriləcək

Tarix : Oxunma : Yorum Yaz

Qərbi Kaspi Universitetində Beynəlxalq Dağlar günü münasibətilə tədbir keçiriləcək. Bu barədə Yenilik.az-a Qərbi Kaspi Universitetindən məlumat verilib. 10 dekabr saat 10:00-da keçiriləcək tədbirdə dağçılarla görüş, universitetin dağ ekspedisiyalarının fotolarından ibarət sərgi keçiriləcək.Tədbir ictimaiyyət üçün açıqdır.Qeydiyyat üçün link:  https://docs.google.com/forms/d/e/1FAIpQLSd6Re7YzuovnRrRPk1CsvFO4LTv25-P6bu8k523W6lmHHWwAw/viewform?fbclid=IwAR3sonoYfbHXW-ck3-5SC7jFgBcfoRUyBWbIsF9GKkAQajd87bi9jrImjq0Qeyd edək ki, BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq «Dağlar Günü» kimi qeyd olunur.
Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.
«Dağlar Günü» hər il bir başlıq altında qeyd olunaraq, cəmiyyətin diqqətini özünə çəkməklə problemin həllinə yönəlik təşəbbüslərə şərait yaradır. 2020-2021-ci illərdə isə Dayanıqlı Dağ Turizminə həsr olunub.

İlk yorumu siz yazın