«Beynəlxalq yaz mühazirələri»: Almaniyalı professorun mühazirəsi olacaq

«Beynəlxalq yaz mühazirələri»: Almaniyalı professorun mühazirəsi olacaq
Tarix : Oxunma : Yorum Yaz

Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu universitetlərinin professorları, müxtəlif sahələrdə tanınmış alim və tədqiqatçıların iştirakı ilə tematik həftələr, yaz, yay, qış, payız düşərgələri təşkil edir.

Növbəti qonağımız «Beynəlxalq yaz mühazirələri» çərçivəsində Almaniyanın Schmalkalden Universitetinin professoru Dr. Jürgen Gemeinhardtdır.

Qonaq professor aprelin 4-də Qərbi Kaspi Universitetinin tələbələri üçün mühazirə ilə çıxış edəcək. Mühazirə İqtisadiyyat və Biznes Məktəbində, 501 nömrəli auditoriyada saat 10.00-da başlayacaq.

Mühazirə digər universitetlərin tələbələri üçün də açıqdır və ödənişsizdir.

Təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.

İştirak üçün qeydiyyatdan keçmək tələb olunur:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdhPBYgErjtW1fSgX7eR2_8C4F3D0iu1ce-UOkgngdDB59iag/viewform

İlk yorumu siz yazın