Zümrüdün toyu təxirə düşdü

Zümrüdün toyu təxirə düşdü
Tarix : Oxunma : Yorum Yaz

Aktrisa Zümrüd Qasımova yayda planlaşdırdığı toyunu təxirə salıb.

Axşam.az-a açıqlama verən aktrisa bildirib ki, 30 İyun Milli Sevgililər Günündə toy etməyi planlaşdırıb:

«Amma etməyəcəyəm. Rəfiqəmin ailəsində (iş xanımı Elnarə Bəkirovanı nəzərdə tutur — red.) xoşagəlməz hadisə yaşandı. Onun dərdi mənim dərdimdir. Ona görə də toy edə bilmərəm. Heç öz aramızda nikah da düşünmürük. Mən söz vermişəm ki, toysuz nikah olmayacaq. İkisini bir yerdə istəyirəm».

Qeyd edək ki, Zümrüd Qasımova ötən il bəzi sənəd məsələləri ilə bağlı həyat yoldaşı Nazim Zeynalovla rəsmi boşanıb. Belə ki, evliliklərindən 13 il sonra Qasımova şəxsiyyət vəsiqəsini dəyişərək həyat yoldaşının soyadını götürüb. Amma adına bəzi sənədlər olduğu üçün o, öz soyadına qayıtmalı olub. Bunun üçün isə qanunla onların boşanması lazım gəlib. Z.Qasımova rəsmi boşanma olsa da, ayrılmadıqlarını, bir yerdə yaşadıqlarını deyib.

İlk yorumu siz yazın