Zümrüd Qasımova boşanır?

Zümrüd Qasımova boşanır?
Tarix : Oxunma : Yorum Yaz

Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova həyat yoldaşı ilə ayrılıb.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər.

Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub. 

Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub.

Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N.Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır.

***

Zümrüd Qasımova “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşını çox sevdiyini deyib: “Həyat yoldaşımla bir yerdəyik. Mən çox xoşbəxtəm. Onu çox sevirəm. Qalan şeylər boş şeylərdir”.

İlk yorumu siz yazın