Zeytun aptek karantin rejimini pozdu

Zeytun aptek karantin rejimini pozdu
Tarix : Oxunma : Yorum Yaz

«Zeytun Pharmaceuticals» MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

İlk yorumu siz yazın