«Zeynəb Xanlarova ola bilməsəm də…»

«Zeynəb Xanlarova ola bilməsəm də…»
Tarix : Oxunma : Yorum Yaz

«Anam işdən tez-tez icazə alırdı. Deyirdilər ki, «Hər gün Gülayı o qapıya, bu qapıya aparırsan, guya Zeynəb Xanlarova olacaq? Anam kitabxanada işləyirdi. Bir gün gəldim ki, ağlayır».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı «Tam vaxtıdır» proqramında deyib. İfaçı gənc yaşlarında yaşadığı hadisəni bölüşüb:

«Anama söylədim ki, Zeynəb Xanlarova ola bilməsəm də, sənin qızın olaraq Gülay Qədirova kimi mənim də adım tanınar. Heç zaman sənin əziyyətini yerdə qoymaram.

Elə də oldu. Allah anamın da, mənim də əziyyətini yerdə qoymadı. Əsas odur ki, Allah ağlımızı başımızdan almadı. Hər zaman rastıma yaxşı insanlar çıxdı və dəstək olan insanlar da çox oldu».

İlk yorumu siz yazın