Zaur Baxşəliyev «iPhone» paylayan Hüseynə səsləndi — VİDEO

Zaur Baxşəliyev «iPhone» paylayan Hüseynə səsləndi — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, spinal muskular atrofiya (SMA) xəstəliyindən əziyyət çəkən körpə Tağıyev Amir Şahmurad oğlunun xeyirxah və imkanlı şəxslərin köməyinə ehtiyacı var.

Sonxeber.az-ın məlumatına görə, «Bizimləsən» komandası ilə Amirə dəstək olan məşhur aparıcı Zaur Baxşəliyev videobloger Hüseyn Həsənova müraciət edib. Aparıcı və qonaqlar onu balaca Amir üçün başladılan yardım kampaniyasına qoşulmağa səsləyiblər:

«Biz Hüseyn Həsənovu buradan dəvət edirik, gəlsin, özü də dəstək olsun. Hələ ki, Bakıdadır. Məncə, Hüseyn gəlsə, bir «İPhone»nun pulunu gətirməz, daha çoxunu gətirər. Mən bilirəm ki, o, çox insanlara dəstək olub. Bir dəfə də belə bir uşağa çox böyük bir məbləğdə yardım edib. Əgər bizi eşidirsə, ona səslənirəm: «Hüseyn, studiyamızın qapıları sənə açıqdır»».

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı bloger hazırda Azərbaycandadır və bəzi insanlara maddi yardım edir.

İlk yorumu siz yazın