Zəfər Günü və Bayraq Günü münasibətilə paytaxt sakinlərinə bayraqlar paylanılıb.
Yenilik.Az xəbər verir ki, tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan Azərbaycan Könüllü Təşkilatları İttifaqı Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
8 Noyabr — Zəfər Günü və 9 Noyabr — Bayraq Günü münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olunub.
Şanlı zəfərin ardından 9 noyabr — Bayraq Günü münasibəti ilə 200 nəfər Azərbaycan Könüllüsünün iştirakı ilə paytaxtın mərkəzi küçələrində həyata keçirilən aksiyada şəhər sakinləri bu təşəbbüsü böyük maraq və qürur hissi ilə qarşılayıblar.