Yusif Mustafayev Xalq artistinə maddi yardım etməsindən danışdı

Yusif Mustafayev Xalq artistinə maddi yardım etməsindən danışdı
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Yusif Mustafayev maddi yardım etdiyi Xalq artisti Könül Xasıyevadan danışıb.

Axşam.az xəbər verir ki, bununla bağlı «Deməsəm olmaz» verilişində sualları cavablandıran müğənni bunları deyib:

«Bizim bir paramız, sənət dostumuzdur. Ona bacardığım qədər yardım etməsəydim vicdanım əl verməzdi. Utanıram zəng edim soruşum ki, müalicəyə getdimi? Mənə aid olan hissəsi yardım etmək idi. Könül xanıma Allah şəfa versin». 

Qeyd edək ki, K.Xasıyeva beynində şiş aşkarlandığını deyərək, 254 min manata ehtiyacı olduğunu açıqlamışdı. O, müalicəsinin Almaniyada mümkün olduğunu bildirib. Ona maddi yardım edənlər arasında Yusif Mustafayev də yer alıb. O, xanəndəyə min dollar pul verib. 

İlk yorumu siz yazın