Əməkdar artist Ruhəngiz Allahverdiyeva «Həmin Zaur» proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, 67 yaşlı sənətçi özünü bu sahəyə aid hiss etmədiyini bildirib:
«Mən bu aləmin adamı deyiləm, gərək bu sahədə olmayaydım. Tamamiylə başqa bir insanam. İfa etməsəm, ürəyim partlayar. Yaxşı pulum olsa, oxumaram. Yalnız kanallara qonaq kimi gələrəm. Toylarda zülmdür, insanların zövqü, xarakteri dəyişib, tam başqa olublar».