Yaşar: “Kişilərin qaş almağını heç vaxt qəbul etməyəcəm“

Yaşar: “Kişilərin qaş almağını heç vaxt qəbul etməyəcəm“
Tarix : Oxunma : Yorum Yaz

“Röya Ayxanı heç kəsə dəyişmərəm. Mənim üçün onun üstü yoxdur. Düşünmürəm ki, yaşadığım müddətdə də olmayacq. Burada təkc’ populyarlıq məsələsini deyil. İnsani keyfiyyət də rol oynayır. Röya xanımın səviyyəsinə çatmırlar, toya birbaşa foyedən gəlirlər”.  

Olay xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov “Səhərin səsi” proqramına qonaq olarkən danışıb.

İfaçı sözlərinə davam edərək toyda başına gələn bir əhvalatdan danışıb:

“Məndən qabaq iki müğənni var idi, məclisə girib salamlaşdım. Bir menecer gəlib səs rejissorunun yanında gəldi, salam-sağ ol demədən müğənnisinin mahnısını təqdim etdi. Dedi ki, o oxuyacaq. İzah etdik ki, sıra gözləmək lazımdı. İcazə vermədik, getdi, toy sahibinə şikayət etdi. 

Mən də ora gedib dedim ki, mən oxuyacam. Daha sonra məni təqdim etdilər, əlimdən mikrofonu alıb öz müğənnisinə apardı. Dedim ki, neynirsən qardaş? Qolundan tutub kənarlaşdırdım. Özüm oxudum, sonra onların yanına gedib dedim ki, hərə öz yerini bilməlidir”. 

Yaşar səhnədə olan bəy ifaçıların həddindən artıq özünə baxmasını da tənqid edib:

“İstəmirəm ki, saç rənglədən, qaş alan müğənnidən örnək alsınlar. Saçım ağarıbsa, qara qoymalıyam? Allah tərəfindən kişiyə verilən qırış, ağ saç gözəllikdir. Kişilərin qaş almağını heç vaxt qəbul etməyəcəm. Şou saç rəngləmək, qaş almaqla deyil. Mən atamdan, babamdan bunu görmüşəm. Mənim şəxsi fikrimdir, özləri bilər. Kişiyə nə gözəllik?” 

İlk yorumu siz yazın