XTQ giziri Xəyal son mənzilə yola salındı — Foto

XTQ giziri Xəyal son mənzilə yola salındı — Foto
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Axşam.az xəbər verir ki, təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri — Xüsusi Təyinatlı Qüvvələrin giziri Əhədzadə Xəyal Məzahir oğlu ilə vida mərasimi keçirilib. Şəhidimiz doğulduğu Lənkəran rayonunun Nərimanabad qəsəbəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Xəyal Əhədzadə 1998-ci ildə anadan olub. O, Lənkəran şəhər Gənclər və İdman İdarəsi nəzdində Uşaq Gənclər İdman məktəbinin yetirməsi olub. 2012-ci ildə keçirilən boks üzrə Azərbaycan çempionatında 40 kq çəki dərəcəsində birincilik qazanıb. Vətən Müharibəsi iştirakçısı olan XTQ giziri “Azərbaycan Bayrağı Ordeni”, Füzulinin, Cəbrayılın, Kəlbəcərin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

İlk yorumu siz yazın