Xoşqədəm Doğuşla evliliyin 8-ci ilində — “6 ay sonra ayrılacaqlar“

Xoşqədəm Doğuşla evliliyin 8-ci ilində — “6 ay sonra ayrılacaqlar“
Tarix : Oxunma : Yorum Yaz

Tanınmış teleparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı ilə evlilik ildönümlərini qeyd edir.

Yenisabah.az xəbər verir ki, müğənni Doğuşla ailə quran aparıcı evliliyinin 8-ci ilinə qədəm qoyub.

Sosial şəbəkə hesabında bu haqda yazan Hidayətqızı vaxtilə toyundan sonra bəzi insanların onların ayrılacağını iddia etdiyini deyib:

«Həyatınızda yaşamağın çətinlikləri qarşısında bir-birinizə sarılaraq addımlayacağınız, hər an bir-birinizi sevməyə davam edəcəyiniz bir evliliyiniz varsa, siz dünyanın ən xoşbəxt, ən zəngin insanısınız. Həyatınızdakı hər şeydən vaz keçin, xoşbəxt evliliyinizdən başqa. Bu gün Doğuşla evliliyimizin 8-ci ilidir. Zaman sanki uçur. 8 il əvvəli və bizim ailə qurmağımızla bağlı verilən proqnozları xatırlayıram: 6 ay, 1 il sonra ayrılacaqlar. Ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir birlikdəyik. Rəbbim bu birliyi pozmasın, övladlarımızla birlikdə bizə xoşbəxt, hüzurlu yaşamağı nəsib etsin. Bütün qadınlar, insanlar xoşbəxt olsun».

İlk yorumu siz yazın