Xoşqədəmdən yeni mövsümdə dəyişiklik

Xoşqədəmdən yeni mövsümdə dəyişiklik
Tarix : Oxunma : Yorum Yaz

Aparıcı Xosqədəm Hidayətqızı yeni mövsümdən tamaşaçıların qarşısına fərqli formada da çıxacaq. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, həyat yoldaşı, türkiyəli müğənni Doğuşla birlikdə veriliş aparacaq. Layihənin hazırlıq işləri başlayıb və oktyabrdan yayımlanması gözlənilir. 

Bununla yanaşı X.Hidayətqızının sosial xarakterli «Səni axtarıram» layihəsi də davam edəcək. 

Qeyd edək ki, ötən televiziya mövsümündə Doğuş bir neçə dəfə X.Hidayətqızının «Səni axtarıram» layihəsində onunla aparıcı kimi tamaşaçı qarşısına keçmişdi. 

İlk yorumu siz yazın