Müğənni Xatirə İslam uzun müddətdir efirə çıxamamasının səbəbini açıqlayıb.
HİT.az xəbər verir ki, sənətçinin instaqramdakı paylaşımlarından birində prodüser-aparıcı Tarix Əliyev şərh yazaraq, onu proqramına dəvət edib. Xatirə isə onun dəvətinə belə reaksiya verib:
«Bilirsən ki, mənim üçün nə qədər dəyərlisən. Səni o qədər çox istəyirəm ki, sənə heç nəyə «yox» deyə bilmirəm. Buradan sənə söz verirəm, ilk sənin efirinə gələcəm. Görüm ayın 13-nə kimi nə qədər arıqlaya bilirəm».
Qeyd edək ki, X.İslam bundan əvvəl də açıqlamasında artıq çəkidən xilas olmağa çalışdığını deyib.