«Dövlətin, xalqın pulunu talayanlara olar, müğənniyə dəbdəbəli yaşamaq olmaz?»
Yeniavaz.com «Meydan TV»yə istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Manaf Ağayevin bahalı avtomobillə Füzuliyə getməsinə münasibət bildirərkən deyib.
«Bunu hamıya şamil etmirəm. Amma belələri var. Bütün dünyada, Rusiyada, Türkiyədə müğənnilərin milyonlarla dollarlıq avtomobilləri var. Niyə onlara olar, bizim sənətçilərə olmaz? Müğənni işləyib, pulunu qazanıb, alıb. İstəsə, təyyarə ilə gəzər. Axı o, heç kimin haqqına girməyib. Əziyyət çəkib, pul qazanıb, oğurluq etməyib, heç kimin cibinə girməyib. Toya çağırıb, pul vermisiniz. O da pulu yığıb, avtomobil, ev alıb. Digər sənət adamları da həmçinin», — deyə N. Qafarzadə bildirib.