Xalq artisti qadın cinayəti haqda: «Ömürlük həbs cəzası verilməlidir»

Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Naibə Allahverdiyeva qadın cinayətləri ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, əri tərəfindən qətlə yetirilən «Lider» telekanalının əməkdaşı Nahidə Həsənovanın fotosunu yayımlayıb.

«Yenə bir məsum qadın, psixoloji problemi olan şəxs, manyak ər tərəfindən öldürüldü… Düşünürəm ki, qanunlarımızda dəyişiklik olunmalıdır. Ona ömürlük həbs cəzası verilməlidir» deyə, N.Allahverdiyeva paylaşımında qeyd edib.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İlk yorumu siz yazın