«Xalq artisti» olmalıyam»

«Xalq artisti» olmalıyam»
Tarix : Oxunma : Yorum Yaz

«Bir yerdə ki, öpüş keçirsə, çox çətindir. Başa düşən düşsün. Xalqın gözü tərəzidir. Hamı mənə «Xalq artisti» deyir. Məndən soruşmayın niyə «Xalq artisti» deyiləm… Vecimə də deyil. Çox xoşbəxtəm (mikrofonu bağlayırlar). Xalq məni sevir və əzizləyir».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva «Bizimləsən» proqramında deyib. Aktrisa hələ də «Xalq artisti» fəxri adı almamasından gileylənib:

«Əməkdar artisti» adımla fəxr edirəm. Amma mən «Xalq artisti» olmalıyam. 74 yaşım var, həyatımın 42 ilini teatra vermişəm: ac, yalavac, sürünə-sürünə. Çəkiliş etmək istədilər. Dedim, evimin çəkiləcək halı yoxdur. Getdiyin evləri görürəm (aparıcı Zaur Baxşəliyevə səslənir — red.). Utanmıram, 1922-ci ildə tikilən çürük evimdə xoşbəxtəm. Hərdən nəvəm deyir, qapıları dəyişdir. Cavab verirəm ki, bu, qapını 1985-ci ildə qoydurmuşam, çıxartsalar ev dağılar. Təmir etdirərəm, amma çürükdür və əl vursan tökülər. Mən elə günlərdən gəlib o evə çıxmışam ki, divarını öpürəm».

K.Əliyeva teatrda çalışmamasından söz açıb:

«Qarşımda teatra girib, heç nəyi olmayanlar hər şey alıblar: şöhrəti, şərəfi… Elə bil Kübra teatrda yoxdur. Nə edim, yalvarım? Deyim, əzizim nazir, 74 yaşım oldu, məni təbrik et? Heç etməsinlər. Teatrda çalışmıramsa, tərəf müqabillərim həyatda yoxdur: Siyavuş Aslan olsa, teatra getmərəm?Nazir yerli-yersiz, layiq olmayana Xalq artisti adı verməsin. Xalqın artisti gərək əziyyət çəksin». 

İlk yorumu siz yazın