Xalq artisti kimi xilas edib? — “İstəyirəm gizli qalsın“

Xalq artisti kimi xilas edib? — “İstəyirəm gizli qalsın“
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Naibə Allahverdiyeva tanımadığı bir şəxsin həyatını xilas edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədova «Facebook» hesabında status yazıb. 

O qeyd edib: “Bu gün Naibə Allahverdiyeva bir insanın həyatını xilas edib. Böyük ürək hər insana nəsib deyil, bu, hər insanın hünəri deyil. İndiki dövrdə hər kəsin 100 dərdi-səri olduğu zamanda bütün problemlərini kənara qoyub, tanımadığı bir insanın həyatını xilas etmək böyük ürək tələb edir. Naibə xanım, nə yaxşı ki, varsınız”.

«Olay»a açıqlamasında Xalq artisti bildirib ki, məsələni açıb-ağartmaq istəmir:

“Bilmirəm o məlumat niyə yayılıb, ancaq nəyisə etmişəmsə, istəyirəm gizlində qalsın. Bunu çox nahaq işıqlandırıblar. Şəxsi işimdir və bunu insanlıq naminə etmişəm. Açıb-ağartmağa lüzum görmürəm. Sıravi bir vətəndaşdır. Xəstəlikdən əziyyət çəkdiyinə görə köməyə ehtiyacı var idi. Əlimdən gələni etdim. İnsan etdiyi yaxşılığı göstərməz, deməz. Elə olub ki, Nabranda meşə yanıb, əllərimlə söndürmüşəm. Həyat yoldaşım da gördü ki, əllərim yanıb. Bunu da heç vaxt dilə gətirib deməmişəm. Elə yaşımdır ki, suyu da üfürə-üfürə içirəm”.

İlk yorumu siz yazın