Xalq artisti kimi Özbəkistana gedir — FOTO

Xalq artisti kimi Özbəkistana gedir — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycan Özbəkistandakı «İpək yolunun dürdanəsi» adlı Daşkənd Beynəlxalq Kino Festivalda «Suğra və onun oğulları» filmi ilə təmsil olunacaq.

OLAY yazır ki, 14-18 sentyabr tarixlərində Özbəkistanda keçiriləcək Daşkənd beynəlxalq film Festivalında dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, ötən ildən keçirilməsinə start verilən «İpək yolunun dürdanəsi» adlı beynəlxalq kino festivalı sovet dövründə keçirilən Daşkənd beynəlxalq kinofestivalının davamı hesab olunur.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Daşkənd beynəlxalq kinofestivalında tanınmış azərbaycanlı kinorejissorlar Vaqif Mustafayev, Ayaz Salayev, Orman Əliyev, Oleq Səfərəliyev, Əlisəttar Quliyev, İlqar Nəcəf, Asif Rüstəmov, Fariz Əhmədov, Xalq artisti Şəfiqə Məmmədova iştirak edəcəklər.

Açılış mərasimində xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, 17 sentyabrda Azərbaycan filmi Özbəkistanın Buxara şəhərində mərkəzi kinoteatrda nümayiş etdiriləcəkdir.

İlk yorumu siz yazın