«Xəyanəti ümumi baxışdan bağışlamaq, insana hər bir şansı vermək olar. Allah bağışlayandırsa, biz mütləq şəkildə bunu bacarmalıyıq. Elə şeylər var ki, keçmək lazımdır».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı MTV-yə açıqlamasında deyib. Sənətçi yalanı və xəyanəti bağışlamağın mümkün olduğunu bildirib:
«Hərə bir baxışla baxır, fərqli düşünür. İnsandır, sənə yalan deyər, o anda nəsə düşünər, amma sonradan ağlını başına toplaya bilər. Ona görə də yalanı, xəyanəti bağışlamaq olar».