Xəstəliyinə görə dayandırdığı verilişinə yenidən başlayır

Xəstəliyinə görə dayandırdığı verilişinə yenidən başlayır
Tarix : Oxunma : Yorum Yaz

Aparıcı-aktyor Elcan Rəsulovun «El canlı» şousu yenidən başlayır. 

Elcan səhhətində yaranan problemə görə şounu yarımçıq qoymalı olduğunu açıqlayıb. O bildirib ki, yeni televiziya mövsümündən proqram yenidən efirə gedəcək. 

Aktyor proqramın sentyabrın 18-də efirə gedəcəyini vurğulayıb. 

«Əməliyyatdan sonrakı bərpa prosesi də artıq yekunlaşmaq üzrədir. Bizi istəyən, az da olsa bəyənən adamlar rəylərdə «xeyirli olsun»ları əsirgəməsinlər. İstəməyənlər də öz kaprizli fikirlərini bildirə bilərlər. Allah hamınızı qorusun, heç vaxt sağlamlığınızla sizi sınağa çəkməsin» deyə, Elcan əlavə edib. 

Qeyd edək ki, sənətçi öd kisəsindən əməliyyat olunmuşdu.

İlk yorumu siz yazın