Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb.
Bizim.media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.
Telefonu A.Bəylərin köməkçisi götürüb və müğənninin səhhətinin yaxşı olduğunu deyib:
«Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır».