Aparıcı İlqar Mikayıloğlunun aparıcı və vəkil xanımı Zülfiyyə Bayramovanın səhhətində yenidən problem yaranıb.
Axşam.az xəbər verir ki, o, bu gün əməliyyata girib. Bu haqda Zülfiyyə özü məlumat yayıb.
Xərçəngdən əziyyət çəkən Bayramova «Biz yenidən əməliyyata giririk. Allahıma və həkimimə çox arxayınam, bir də sizin dualarınıza. Sizi sevirəm» deyə, paylaşımına yazıb.
Qeyd edək ki, mədəsində şiş aşkarlanan aparıcı 2018-ci ildə əməliyyat olunmuşdu.