Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva hər həftə kimyaterapiya alır.
Axşam.az xəbər verir ki, bu haqda «Toppuş bacı» ləqəbli aktrisa instaqramda canlı yayımda deyib. O bildirib ki, şiş bütün bədəninə yayılıb:
«Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm.
Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb».