Vüsalə Əlizadənin adından dələduzluq edildi — Video

Tarix : Oxunma : Yorum Yaz

Aparıcı Vüsalə Əlizadənin adından dələduzluq edilib.

Yenisabah.az xəbər verir ki, Vüsalə Əlizadə «7 canlı» verilişində adından «TikTok»da saxta səhifə açıldığını və pul yığıldığını deyib:

«»TikTok» sosial şəbəkəsində səhifəm yoxdur. Orada adımdan səhifə açılıb. O insanlarla ciddi səviyyədə məşğul olacam. Bilmirəm kupon qazanmaq nə deməkdir?! İnsanlara yalvarışlar, canlı yayım açıb, Vüsalə kimi kənarda durmaq və s. Çox yaxından tanıdığım adamlar mənə deyirlər ki, canlıya niyə bizi qəbul etmirsən? Deyirəm ki, mən «TikTok»da yoxam. Bu qədər rəzillik, cahillik etmək olmaz. Bir az özünüzə çəki-düzən verin. Bu işlə ciddi şəkildə məşğul olacam».

İlk yorumu siz yazın