«Vicdanınızı, əqidənizi itirməyin…» — Məleykə Əsədova

«Vicdanınızı, əqidənizi itirməyin…» — Məleykə Əsədova
Tarix : Oxunma : Yorum Yaz

«İstirahət günümdə həmişəki kimi qızımın dərs məşqləri, evimlə, təmizliklə məşğulam. Gün mənə çatmır. Allah mənə güc və sağlam can versin ki, təkbaşına bütün işlərimin, həyat problemlərimin öhdəsindən gələ bilim».

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa sözlərinə belə davam edib:

«Qadın kimi baxımlı olmağım özümə və tamaşaçılarıma hörmətdən irəli gəlir. Əslində hər kəs öz işinin xidmətçisidir. Mən də işimlə, sənətimlə sizlərə layiqincə xidmət edirəm. Şükürlər olsun Allahıma, 33 ildir səhnədəyəm. Bu illər ərzində bir əqidədə olub, vicdanımla, vətənimə, dövlətimə, böyüklərimə, sənətimə, dostlarıma sadiq olmuşam. Bunu məni yaxından tanıyan hər kəs bilir. Həyatda nəsə itirə bilərsən, ancaq vicdanınızı, əqidənizi itirməyin, heç kimə pislik etməyin, öz işiniz xatirinə arxada planlar qurub mərdimazarçılıq etməyin, qəlb qırmayın. İnanın ki, geci, tezi var…  Allah hər bir kəsin qəlbinin hisslərinin əvəzini verəcək. Hər kəs danışığı, yürütdüyü fikirlərlə, yazdığı komentlərlə öz beyninin düşüncələrinin, xarakterini, mədəniyyətini büruzə verir. İnsan adlanan varlıq ilk növbədə özünə hörmət etməlidir».

İlk yorumu siz yazın