«Veriliş apardım, başıma gəlməyən qalmadı»

«Veriliş apardım, başıma gəlməyən qalmadı»
Tarix : Oxunma : Yorum Yaz

Aktyor Elməddin Cəfərov aparıcısı olduğu verilişin yayımının dayandırılmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi «Xəbər-ətər» verilişində layihənin reytinqə görə dayandırıldığını deyib. O bildirib ki, xaricdəki kimi gecə şousu təqdim etmək istəyi yarımçıq qalıb:

«Qısqapanma» adlı bir veriliş apardım, başıma gəlməyən qalmadı. Guya, gecə şousu edirdim, amma bizdə baxılmadı. «Netflix»də, başqa xarici platformalarda baxılır. Bizdə müğənni gəlsin oxusun, şəxsi həyatından danışsın istəyirlər. Kiminsə şəxsi həyatı mənə maraqlı deyil. İstəyirdim tamaşaçını bu cür formadan uzaqlaşdırım. Amma gördüm ki, yox, alınmır, gərək içərisinə başqa nələrsə daxil edəsən». 

İlk yorumu siz yazın