Vasif Məhərrəmlinin mülki iddiası təmin edildi

Vasif Məhərrəmlinin mülki iddiası təmin edildi
Tarix : Oxunma : Yorum Yaz

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işində zərərçəkmiş qismində tanınan müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib.

Aydınlıq.az «Report»a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, M.Mahmudov zərərçəkmiş V.Məhərrəmliyə 1000 manat pul ödəsin.

Xatırladaq ki, M.Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

İlk yorumu siz yazın