«Varşavada sən 10 manata yemək yeyə bilirsən, Bakıda isə…» — Səfirdən qiymətlərlə bağlı REAKSİYA

«Varşavada sən 10 manata yemək yeyə bilirsən, Bakıda isə…» — Səfirdən qiymətlərlə bağlı REAKSİYA
Tarix : Oxunma : Yorum Yaz

«Bakının mərkəzində10 manata yalnız iki fincan çay içmək olar».

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, keçmiş Xarici İşlər naziri Vilayət Quliyev sosial şəbəkə hesabında paylaşıb. O, Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki restoranların qiyməti ilə Bakının mərkəzindəki qiymətləri müqayisə edib. 

Səfir 10 manata Varşavada beş çeşidddə səhər yeməyindən birini seçə biləcəyini, eyni pulun Bakıda isə iki fincan çaya bərabər olduğunu qeyd edib: «Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər. Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…».

İlk yorumu siz yazın