Tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) son günlər gələn şəhid xəbərlərinə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, o sosial şəbəkə hesabında şəhidimizin fotosunu paylaşaraq yazıb:
«Adam baxır, üzülür, kövrəlir, utanır… Bu uşaq şəhiddir. Mənim üçün Vətən bu uşaqlardır. Mənə elə gəllir ki, bu uşaqlar şəhid-şəhid azaldıqca torpaqlarımız da azalır. Torpaq, Vətən vacibdir, əsasdır, amma hər qarışında ürəyimizdə nisgil, qulağımızda ana fəryadı gəzdirəcəyiksə, mənasını itirir. Mən xalqımızı xoşbəxt, körpələrimizi ata-analı, valideynləri fərəhli görmək istəyirəm».