Uşaq evində böyüdü, həyat yoldaşı rəfiqəsi ilə xəyanət etdi — Sona Babayevanın həyatı

Uşaq evində böyüdü, həyat yoldaşı rəfiqəsi ilə xəyanət etdi — Sona Babayevanın həyatı
Tarix : Oxunma : Yorum Yaz

«Uşaq evində olanda fərqli dərnəklər var idi. Bir il tar dərsi aldım. Sonra kamança, skripkaya getdim. Hər il bir dərnəyə qatıldım. Seçə-seçə rəqsə gəldim. Böyükağa Məmmədov uşaq evində rəqslər qururdu. Uşaq evində teatr dərnəyi yaratdım, səhnəciklər oynadıq. Böyükağa müəllim deyirdi ki, səni filarmoniyaya aparacam. Deyirdim, yox, mən teatrı istəyirəm».

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sona Babayeva «7 Canlı» proqramında deyib. Uşaq evində böyüyən sənətçi həyatından bəhs edib. Hazırda ATV-də yayımlanan «Bir qadın» serialında rol alan S. Babayeva uşaqlığından danışarkən ağlayıb:

«Gecələr «anacan» deyirdim, uşaqlar o səslə yatırdı. Bir gün də uşaq evinin müdiri gəldi ki, atan, anan var? Dedim, yox. Cavab verdi ki, bəs mən kiməm, ana deyirsən mənə? Həmin gündən onun adı «anacan» qaldı.

Universitetə daxil oldum. 10-cu sinfi bitirəndə bizi uşaq evindən buraxdılar. Günorta gedirdim dərsə, ordan qayıdıb küçədə oturacaqda uzanıb yatırdım. Utanırdım dəstək istəməyə. Şahmar Ələkbərova dedim ki, evim yoxdur. Apardı məni 1 ay evində saxladı. Sonra Həsən əbluç gildə qaldım. Daha sonra 10 gün Safurə İbrahimovagildə qaldım. Onu da evdə yola vermirdilər. Universitetə getdim və rektora dedim, onun otağında qalırdım».

Aktrisanın həyatından danışan aparıcı Vüsalə Əlizadə «Yaxın rəfiqəsini evinə gətirib, həyat yoldaşı onunla ona xəyanət edib. Oğlunu evləndirib, gəlini bir uşağını qoyub başqasına qaçıb. Evini banka zamin qoyub külli miqdarda pul götürüb, nəvəsini saxlayır» sözlərini əlavə edib.

İlk yorumu siz yazın