«Özümə qoyduğum hörmətdi ki, hər zaman yaxşı görünmək istəyirəm. Vacib şeyləri qoyub, pulumu geyimlərimə xərcləmirəm. Qızımın təhsilindən, yaşayış tərzimizdən artıq qalan pulla ürəyim istəyən geyimi alıram».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı «Sözbaz» proqramına açıqlamasında deyib. Sənətçi qazancından danışıb:
«Özgüvənim çoxdur. Heç vaxt kiməsə baxıb, həsəd aparmamışam. Bu həyatda özümdən başqa heç kimə nə güvənim, nə də etibarım var. İnsanlardan hər şey gözləmək olur. Atdığın addımı elə atmalısan ki, sonra peşman olmayasan».