Ülviranın avtomobilini soydular — Foto

Ülviranın avtomobilini soydular — Foto
Tarix : Oxunma : Yorum Yaz

Aparıcı Ülvira Qarayevanın avtomobilini soyublar. 

Bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, maşının şüşələrini sındırıb, əşyalarını götürüblər:

«Səhər məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınımdan bir qab qəpik, böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar. Polis çağırdıq, Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar.

Əsas məsələ — kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb, gedəcəksən?».

İlk yorumu siz yazın