«LGBT-yə dözümsüz yanaşan cəmiyyətimizdə LGBT fəalı olmaq ayrıca cəsarətdir. Bu cəsarəti ona həm də onu irəliyə itələyən, onu söz sahibi kimi özünə tanıdanlar verirdi”.
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Ulvira Qarayeva ötən gün qətlə yetirilən bloger Əvəz Hafizli ilə bağlı danışarkən deyib. O qeyd edib ki, LGBT-yə nifrəti, dözümsüzlüyü təbliğ edənlərin bu qətldə günahı nə qədərdisə, Əvəzi ürəkləndirib, ortaya atanlar da bir o qədər günahkardı:
«Onu pərvazlandırıb, ortaya atanlar, ona «səndən yoxdu» deyənlər indi evlərində yatıb. Əvəz isə torpağın altındadır. Onu olduğundan daha önəmli olduğuna inandırdılar. Ayrıca dərddir ki, yataq partneri seçiminə görə cəmiyyətimizdə insanlar öldürülür. Orta əsrlər təfəkkürüdür — insan öldürmək, ümumiyyətlə, dəhşətlərin dəhşətidir. Danışdırmazsan, qohumu danarsan, get-gəli kəsərsən, öldürmək nə idi?”.
Aparıcı əlavə edib ki, sözügedən məsələdə «bəlkələr” də çoxdur:
«Bəlkə qətli törədən şəxs mərhumdan pul çəkirdi, bəlkə aralarında yaxınlıq olub, qorxub, üstü açılar, daha nələr… Çünki boşuna heç kim nifrət eləmir, çünki gey qətlini an azından latent gey törədər — bəlkə də içindəki istəyi öldürmək üçün. Şəxsi həyatındakı seçiminə görə heç kim ölməməlidir”.
Xatırladaq ki, Əvəz Şıxməmmədov Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqlanaraq, qətlə yetirilib.