Türkandan Sevda Ələkbərzadənin tənqidinə reaksiya

Tarix : Oxunma : Yorum Yaz

Müğənni Türkan Vəlizadə ifasını tənqid edən Əməkdar artist Sevda Ələkbərzadəyə cavab verib. 

Axşam.az xəbər verir ki, sənətçi “Ağlıma bir ad gəlir” mahnısını məclisdə ifa etdiyi görüntüsünü yayımlayaraq bunları yazıb:

“Sizə Türkanı sevdirən mahnıdır. Xoş günlərinizdə ilk olaraq bu bəstəni məndən istəyirsiniz. Ataların bir misalı var: Azlıq hər zaman çoxluğa tabe olub. Allah sizi mənə çox görməsin. 

Uşaqdan tutmuş böyüyədək insanın sevgisini qazanmaq hər kəsə nəsib olmur. Sizin sevginiz mənə yetər”. 
Qeyd edək ki, S.Ələkbərzadə şəhərdə konsertdən bir ifaçı paylaşaraq, mahnını tənqid etmişdi. Sözügedən mahnı Türkan Vəlizadənin «Ağlıma bir ad gəlir» ifası olub. 

İlk yorumu siz yazın