“İş dünyasının tanınan insanlardan biri yazıb ki, klipdəki məkan haradır?Fransadır? Mən də cavab verdim ki, Parisin yaxınlığında şəhərcikdir, amma adı Maştağadır. İnanıblar! Dostumuzun yeri idi. Hər şey bir-birini tamamladı. Onu deyim ki, son illər klipə bu qədər büdcə xərcləməmişdik”.
Olay xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Səhərin səsi” proqramında qonaq olarkən deyib.
O, yeni təqdim etdiyi “Öldür” adlı klipindən söz açıb.