“Bu musiqi Tünzalənin ən çox sevdiyi musiqi idi. Təzə ailə qurmuşduq və tez-tez bu musiqini dinləyirdi. Mən o musiqini qısqanclıqdan alıb silmişdim telefondan. Bəzən bir-birimizdən küsəndə bu musiqini açırdı ki, mən reaksiya verəcəyəm. Başlayırdıq ikimiz də gülməyə. Sonradan isə mən bu musiqini yüklədim və dinləməyə başladıq. Əl-ələ tutub dinləyirdik».
OLAY yazır ki sözləri mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal deyib.
«İndi isə avtomobilə əyləşən zaman Zəhram deyir ki, anamın mahnısını aç. Əlimdən tutur və «anam ilə bu musiqini belə dinləyirdiniz» deyir? Bəzən məni çox güldürür. Xoşuna gəldiyini deyir. Bəzən mənə insanlar sual verir ki, Zəhraya baxmaq çətin deyil? Cavabında isə, daha çox Zəhram mənə baxır deyirəm” — deyə Röyal qeyd edib.