Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.
Axşam.az xəbər verir ki, sənətçi qısa saçlarını qaynaq vasitəsi ilə uzadaraq düzləşdirib. Yeni görünüşünü izləyiciləri ilə paylaşan T.Ağayeva tərzi ilə də diqqət çəkib. O, qara göbəyiaçıq kofta və şortikdə olan geyimini uzun çəkmələri və eynəyi ilə tamamlayıb.
İzləyicilər onu tanımaqda çətinlik çəkiblər. Onlardan bəziləri sənətçini stilist Anar Ağakişiyevə bənzədiblər.
Qeyd edək ki, Xalq artistinin stili üzərində Anar Ağakişiyev çalışıb.