“Trenddə olanları önəmli məclislərdə görmürəm”

“Trenddə olanları önəmli məclislərdə görmürəm”
Tarix : Oxunma : Yorum Yaz

“O qədər sənəti olmayıb da məşhurlaşanlar var ki… Hətta səsi olmayıb oxumayanlar da mövcuddur. Görürsən ki, səsi yoxdur, amma fərasəti var”.

OLAY yazır ki, bu sözləri müğənni Günay İbrahimli “Səhərin Səsi” proqramına qonaq olarkən deyib.  Sənətçi şou-biznesdə onu narahat edən məqamların çox olduğunu bildirib:

“Şou-biznesdə xoşuma gəlməyən çox şey var. Hər təzə çıxan müğənninin efirə buraxılmasına düzgün hesab etmirəm. İndi şou-biznesə girmək çox asan olub.  Tədbirlər 5-6 müğənnidən ibarətdir. Trenddə olan ifaçıları önəmli məclislərdə görmürəm. Onlar çoxaldıqca, yaxşıların qədri bilinir”.

İlk yorumu siz yazın