“Televiziyaya evdar qadınlar baxır» — Murad Dadaşov

“Televiziyaya evdar qadınlar baxır» — Murad Dadaşov
Tarix : Oxunma : Yorum Yaz

Mən musiqiçi deyiləm, amma musiqidə boşluq var.


Bunu Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov telekanallarla bağlı səsləndirilən tənqidlərə cavabında deyib. 


«Biz də yayımçıyıq, yayım təşkil edirik. Bizim məhsul yaratmağa imkanımız yoxdur. Başa düşürük ki, köhnə studiyalar, iki musiqi aləti ilə verilişlər artıq keçmir.


Mən musiqiçi deyiləm, amma musiqidə boşluq var. Bir insanı pis işinə görə işindən qanunla uzaqlaşdırırlar. Amma musiqiçiyə bunu demək olmaz. Gəlir ki, dünyada bundan yoxdur. Baxıram ki, necə yəni yoxdur? Açıram ki, içində heç nə yoxdur. 


Televiziyaya neçə nəfər baxır? Kim deyə bilər 2-3 saat dayanmadan efirə baxıram. Televiziya qarşısında evdar xanımlar oturur. Təkcə Azərbaycanda yox, dünyada belədir. Çox təhlükəlidir. Keyfiyyətsizi görəndə keyfiyyətlini də görməliyik. Bizə də dəstək olun. Bunu etməyə imkanımız yoxdur. Prodüserlər dəstək olmalıdır. Bir masa və aparıcı ilə proqram olmur”.


Dadaşov əlavə edib ki, dünyaya çıxaracaq ifaçı yetişdirilməlidir:


“Teylor Svift 1 milyard qazanc əldə edib. Bu, industriyadır. Bu gün bizə xaricə çıxaracaq müğənni lazımdır. Azərbaycanda uğur qazanan ifaçı lazımdır. Biz dünyaya Tarkan göndərmək istəyiriksə, onu prodüser hazırlamalıdır. Artıq ölkə öz məhsullarını dünya bazarına çıxarmalıdır”.

Tarix: 31 Oktyabr 2023, 13:41   

İlk yorumu siz yazın