Telekanallardan pul istəyən Elşad özü aparıcılıq edəcək

Telekanallardan pul istəyən Elşad özü aparıcılıq edəcək
Tarix : Oxunma : Yorum Yaz

Reper Elşad Xose aparıcılığa başlayır.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda «Şourum» proqramına açıqlamasında deyib. O bildirib ki, şousu «Youtube» kanalında yayımlanacaq:

«Musiqidən kənara çəkilmişəm, veriliş hazırlayıram. Yutubda yayımlanacaq, güman ki, efirdə də gedəcək. Adım Xose olduğu üçün proqramın adı «Xosunbay»dır. Qonaqlarım Şəbnəm Tovuzludan tutmuş Röya Ayxana kimi hamı olacaq.  İlk qonağım isə Sakit Məmmədovun oğlu Nizar Məmmədovdur». 

Ailə qurması haqda suallara reper «Nigahım olan məqamı toy kimi təqdim edirlər. Yanında olan uşağı övladı kimi verirlər. Məni efirə dəvət edib, şəxsi həyatım, cavanlıqdakı pis vərdişlərim yox, hazırki durumdan danışsınlar» cavabını verib.

Qeyd edək ki, Elşad bir müddət əvvəl verilişlərə qatılmaq üçün telekanal rəhbərlərində qonorar tələb etdiyini açıqlayıb. 

İlk yorumu siz yazın