Tarkanın Ərdoğanın əleyhinə yazdığı mahnı bu dəfə dünya trendində

Tarkanın Ərdoğanın əleyhinə yazdığı mahnı bu dəfə dünya trendində
Tarix : Oxunma : Yorum Yaz

Tarkanın səs-küyə səbəb olan mahnısı bu dəfə dünya trendinə düşüb.
Sənətçinin 6 gün öncə çıxardığı «Geççek» adlı mahnısı «Spotify»ın dünya trendinə girib.
«Geççek» yeni çıxan mahnılar siyahısında Bruno Mars, Alan Volker kimi sənətçiləri geridə qoyaraq 5-ci pilləyə yüksəlib.
Xatırladaq ki, həmişə siyasətdən uzaq olan Tarkanın son mahnısında “Gitçek gitçek geldiği gibi gitçek” kimi ifadələrin yer alması onun prezident Rəcəb Tayyip Ərdoğanın əleyhdarlarının düşərgəsinə qatıldığı qənaətini yaranıb.
Qeyd edək ki, mahnı «Youtube»da 6 günə 23 milyona yaxın baxış sayı yığıb. 

İlk yorumu siz yazın