Tarix Əliyev yenilik edəcək — VİDEO

Tarix Əliyev yenilik edəcək — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Tanınmiş prodüsser və aparıcı Tarix Əliyev (Tolik) yeni lahiyyəsinin anonsunu verib.

BiG.AZ xəbər verir ki, bu barədə o, şəxsi «»İnstagram» səhifəsində yazıb.

Sosial layihə ilə tamaşaçıların qarşısına çıxan Tarix postda ona dəstək olanlara da təşəkkür etməyi unutmayıb:

«Əziz dostlar, bilirsiniz ki, son illər əsl peşəm olan prodüserlik ilə yox, televiziya aparıcılığı ilə məşğul oluram. Sizin sayənizdə bir çox layihələrdə uğur, reytinq qazanmışam.

Bu dəfə isə başqa bir formatda yeni mövsümdən qarşınıza çıxmaq istəyirəm. Düşünürəm ki, «Ümidlə gəl» adlı sosial yönümlü yeni verilişim sizin də marağınıza səbəb olacaq. Biz də çalışıb vətəndaşlarımızın bəzi problemlərində onlara dəstək olacağıq.

Başda MTV kanalının rəhbərliyinə təşəkkür edirəm ki, bu layihəni mənə həvalə etdi.

İlk gündən mənə dəstək olan və bu layihəmdə hər mənada öz dəstəyini əsirgəməyən Zaur Baxşəliyeva dərin təşəkkür edirəm!»

İlk yorumu siz yazın