«Heç kimdən heç nə istəmirəm. Amma uşaqları qoruyun. Onlar bizim gələcəyimizdir. Sabah bu dövlətə xidmət edəcəklər. Həkim, jurnalist, iqtisadçı olacaqlar. Təhsilli, sevgi dolu, işıqlı gələcək yetişdirməliyik».
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı «Səni axtarıram» proqramında deyib. O, məşhurların övladlarının sevgisizlikdən eqolu böyüdüklərini bildirib:
«Bir çox tanınmışların uşaqları adama salam da vermirlər. Uşaqları elə öyrətməyin. Salam verirsən, sanki psixolji problemləri var. Bunu məşhurların övladlarında da görürəm və üzülürəm. Bilirəm ki, o ailədə sevgi yoxdur. Sevgi bəslənən bir uşaq niyə qaşqabaqlı, eqosu yüksək olmalıdır? 7-8 yaşlı uşağın ambisiyası nədir? Uşağa sevgi verin».