Tanınmış qarmonçu Nigar Şabanovanın boşanmasından danışdı

Tanınmış qarmonçu Nigar Şabanovanın boşanmasından danışdı
Tarix : Oxunma : Yorum Yaz

“Nigar Şabanova o qədər gözəl qız, o qədər  gözəl sənətkardır ki… Əsas odur ki,  gözəl sənətkardır. Sənətkar olmaq özü balaca bir şey deyil. Çox  qabiliyyətli qızdır. o qədər toylarda olmuşam… Danışığını, davranışını, səhnədə özünü apara bilən qızdır. Mənim heyfim gəldi. Həyatdır da, həyat həmişə adamın üzünə gülmür”.

Bu sözləri Yenisabah.az-a qarmon ifaçısı Gülbahar Şükürlü deyib.

O, müğənni Nigar Şabanovanın boşanması ilə bağlı açıqlamasına münasibət bildirib. Bu açıqlamanı əksəriyyət çox mənfi qarşılayıb. 

“Gənclərin hövsələsi, səbri yoxdur. Mən gənclərimizə çoxlu səbir arzulayıram.  Onlar gəncdir. Mənimlə gənclər bir ola bilməzlər. Onlar səbirli olsalar, hər şey yaxşı olar. 

Mən də gənc olmuşam. Səbrim olmasaydı, bəlkə də boşanardım. Hər şey təmkinin üzərindədir. Şükürlü və səbirli insanları Allah da sevir. Övladlarıma da bunu etməyin vacib olduğunu deyirəm. 

Nigar Şabanovanın boşanma xəbərinə gəldikdə, Nigar o qədər gözəl qız, o qədər  gözəl sənətkardır ki… Əsas odur ki,  gözəl sənətkardır. Sənətkar olmaq özü balaca bir şey deyil. Çox  qabiliyyətli qızdır. o qədər toylarda olmuşam… Danışığını, davranışını, səhnədə özünü apara bilən qızdır. Mənim heyfim gəldi. Həyatdır da, həyat həmişə adamın üzünə gülmür.

Bu yaxınlarda bir TV verilişdə heç kimin boşanmasını istəmədiyimi dedim. Mənə “Bəxtəvər, səni ərin boşamadı?! Gəlinin boşanmır?!” – deyə aqressiv cavab verdilər. Camaatı da qınamıram. Bizim millət bir az başqa cürdür”.

İmamət İSMAYILOVA

İlk yorumu siz yazın