Tanınmış aktyor Pərvin Abıyevanı yalanladı: “35 min dollar görməyib” — VİDEO

Tanınmış aktyor Pərvin Abıyevanı yalanladı: “35 min dollar görməyib” — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

“Mən “TikTok”a birinci gələn məşhuram”.
Yenilik.az xəbər verir ki, bu sözlər Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişinə qonaq olan aktyor Elcan Rəsulov deyib:
«Məni izləyən bilir ki, 2 aydır orada oynamıram. TikTok-da yarışan ilk məşhur mən olmuşam».
Elcan aktrisa Pərvin Abıyevanın TikTok-dan 35 min dollar qazanması məsələsinə toxunub:
«Əslində orada bu cür deyil. Pərvin Abıyeva da orada real 35 min dollar görməyib. Rəqəm hesabı ilə görür. Qazandığının hamısı sənə qala bilməz. Orada xərcləməlisən də. Tam yarısını ora geri dönüş etməlisən. Qazandım, götürdüm kimi bir şey yoxdur». 
Qeyd edək ki, Pərvin Abıyeva TikTok-dan ilk ay 35 min dollar qazandığını açıqlayıb. 

İlk yorumu siz yazın