“Təhqir və böhtana səssiz qalmayacağam” — Hadisə 

“Təhqir və böhtana səssiz qalmayacağam” — Hadisə 
Tarix : Oxunma : Yorum Yaz

Hadise Mehmet Dinçerlerdən boşandıqdan sonra haqqında çıxan iddialar və sosial şəbəkədə yazılan xəbərlər haqqında paylaşım edib. 

OLAY yazır ki, sənətçi yalan məlumat yayanlara qarşı sərt reaksiya bildirib.

O qeyd edib ki, istər Mehmetə, istərsə də ailələrinə ünvanlanan fikirlərə artıq səssiz qalmayacaq:

“Bu günə qədər haqqımda çıxan doğru və ya yanlış xəbərləri istər ifadə, istər media azadlığına önəm verdiyim və məşhurluğun gətirdiyi qurban olaraq gördüyüm üçün anlayışla qarşılaşmağa səy göstərirdim. Nə var ki, xəbər dəyəri olmayan, təkzib etməyə tənəzzül belə etmədiyim, şəxsi kin, xəsislik, pislik duyğuları ilə hər şeydən əvvəl qadınlıq şərəfimi zədələyən, ailəmə, hətta boşandığım şəxs və onun ailəsinə qarşı hörmətsizliyi özündə əks etdirən, böhtan və təhqir səviyyəsinə çatan şayiələrə səssiz qalmayacağam.

Əsla qəbul etmirəm, etməyəcəyəm də. Mənim üçün əxlaqın özü istehsal etmək, işini düzgün görmək, ölkəm, başda oradakı qadın və uşaqlar olmaqla cəmiyyət üçün faydalı, yararlı, örnək bir sənətçi olmaqdır. Bu günə qədər necə gəlmişəmsə, bundan sonra da bu xətt üzrə irəliləyəcəyəm”.

Müğənni əsassız, yalan fikirlər səsləndirən şəxslərə qarşı hüquqi iş başladacağını da vurğulayıb.

İlk yorumu siz yazın